2012-ci il kimya üzrə Nobel mükafatını amerikalı alimlər-Robert Lefkovitz və Brayan Kobilka alıb

Kimya üzrə 2012-ci il Nobel mükafatına amerikalı alimlər-Robert Lefkovitz və Brayan Kobilka layiq görülüb.

Mükafatın qaliblərinin adı bu gün İsveçin Elmlər Akademiyası tərəfindən elan edilib. Lefkovitz və Kobilka farmakoloji dərmanların orqanizm tərəfindən qəbulunu təmin edən hüceyrələrlə bağlı araşdırmalara görə mükafata layiq görülüb.

Lefkovitz Şimali Karolinanın Duk Universiteti, Kobilka isə Kaliforniyanın Stanford Universitetinin professorudur.