Dünya fotolarda

Poçt işçisi Pamela Bentley qar kürəyir. Grafton, New York.

Yaşlı qadın Avromaydan İnqilabının üçüncü ildönümündə Maydanda öldürülənlərin şərəfinə düzənlənən mərasimdə ağlayır. Kyiv, Ukrayna

Yaxta klubunun üzvləri Şaxta Baba və Qar Qızı kostyumlarında Yenisey çayında səyahətə çıxıblar. Krasnoyarsk, Rusiya.

Vilhelmina Norra Samebidən olan Sami qadın şimal marallarını otarır. Dikanaess kəndi, İsveç. (paytaxt Stokholmdan 800 kilometr şimal-qərbdə).

Britaniyalı Andy Murray ATP Dünya Turniri Finalının səkkizinci və sonuncu günündə qələbəsini qeyd edir.  London, 20 noyabr, 2016.

Maska taxmış kişi müqəddəs San Ceronimonun şərəfinə keçirilən bayramda iştirak edir.  Masaya şəhəri, Nikaraqua.

"Kətayib Babil" xristian döyüşçü dəstəsinin üzvü "Həşd Şabi" şiə döyüşçüləri ilə çiyin-çiyinə İŞİD-
 qarşı savaşır. Əli Rəş, Mosulun cənub-şərq civarı, İraq.

Soğan bazarında satıcı müştəri gözləyir. Benqaluru, Hindistan.

Qadın "Cinqku Qayyen" parkında gingko ağaclarının saralamış yarpaqları fonunda selfi çəkdirir. Tokyo, Yaponiya.

Oğlan velosipedlə bir qalaq çörək daşıyır. Qahirə, Misir.