Dünya fotolarda
Çin Milli Baletinin üzvləri Sadler's Wells teatrında ifa edir. London, Britaniya.
Mayn çayı sahilində qağayı yerlərin tutulduğu trubaya qonmağa çalışır. Frankfurt, Almaniya.
1800-cü illərdə anadan olduğu ehtimal edilən dünyanın ən yaşlı adamı Emma Morano 117-ci ad günündə şamları söndürür. Verbania, şimali İtaliya.
Hələbin Cabal Bədro məhəlləsində suriyalı ailələr evakuasiya edilmək üçün hökumət avtobuslarına minməyi gözləyirlər. İndiyədək ərazidən 16,000 adam çıxıb.
İraq Ordusu əsgərləri İŞİD-in Hac Əli kəndindəki mövqelərinə minamyotdan atəş açır. Mosulun cənubu, İraq.
Haitidə prezidentliyə namizəd Maryse Narcissenin tərəfdarları ilə polis arasındakı toqquşma zəminində qadın gözyaşardıcı qaza reaksiya verir. Port-au-Prince, Haiti.
Eyfel Qülləsi, Hotel des Invalides və evlərin damları gecə vaxtı bərq vurur. Paris, Fransa, 28 noyabr, 2016.
Turistlər üzərinə Santa Klaus papağı qoyulmuş sabiq ADR sərhəd postuna baş çəkir. Potsdamer Meydanı, Berlin, Almaniya.
İnsanlar Cənubi Koreya prezidenti Park Geun-hyenin istefasına çağırır. Seul, Cənubi Koreya.
Avstraliya ballerinaları "Alisa Möcüzələr Diyarında" tamaşasını ifa edir. Sidney, Avstraliya.