Günün fotoları

Yaponiyada hər il keçirilən Yosakoi paradının iştirakçıları Tokio küçələri ilə keçir.
 

Dehlidə havanın çirklənməsinə etiraz aksiyasının iştirakçıları
 

Çinin Henan vilayətinin Tsiaozuo bölgəsində kəndirbazlar yarışının iştirakçısı fransız Teo Sanson 

Rusiyanın Tuva Respublikasının inzibati mərkəzi olan Kızıl şəhərində Dungur icmasının üzvü Duger Xomuşku şaman ayinini icra edir. 
 

Suriyada üsyançıların nəzarətində olan Hələbdən görünüş
 

Hindistanda Kəlküttədə Çhat Puja festivalında qadının uşağa xeyir-dua verdiyini əks etdirən mərasim
 

Polis Honq Konqda Pekinin yerli siyasətə müdaxiləsinə etiraz edən nümayişçilərin qarşısını almağa çalışır. 
 

Haitidə Metyu qasırğasının gətirdiyi güclü sellərdən sonra insanlar küçələri təmizləyir. 
 

Çinin Hunan vilayətindəki Çendju turist bölgəsində əyləncə şousu
 

Praqada tarixi kostyumlar geymiş festival iştirakçıları
 

Fransanın qərbində Les Sable de Lonnda yelkənli qayıq yarışması
 

İsraildə Tel Əviv yaxınlığındakı Ramat Gan Safari parkında dünyada ən kiçik tülkü növündən olan Afrikanın Böyük Səhrası tülkü altı həftəlik balası ilə 
 

Londondan Braytona qədər Veteran Avtoobillər yarışlarının iştirakçıları 1904-cü ilə aid avtomobildə Britaniya paytaxtının Vestminster körpüsü üzərindən keçir.