Novruz Məmmədov yenə Qərbə “ikili standart” deyir

Azərbaycan Prezident Administrasiyasının rəhbər müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Twitter səhifəsində orijinal xəbərlər yaymaqda davam edir. Bu gün o, bəyanat verib ki, qərb strukturları və siyasətçilər yenidən ikili standarlar nümayiş etdirir ki, bu da özünü Qərbin Ermənistan hakimiyyətinin hərəkətlərini tənqid etməməsində özünü göstərir.

“CNN, BBC, “Guardian”, “Independent”, “Amnesty İnternational”, HRW, “Freedom House” və digərləri görün necə susurlar. İkili standartın göstəricisi budur. Çünki Ermənistan müsəlman ölkəsi deyil. Əgər Yerevanda baş verənlər Bakıda olsaydı, onlar bir ay susmazdılar”, - o bildirib.

Lakin N.Məmmədovun yazdıqları reallıqla uzlaşmır. Çünki onun sadaladığı beynəlxalq təşkilatlar və KİV-lər Ermənistandakı insidenti tənqid ediblər.

Aşağıda Qərbin tənqidlərini təsdiqləyən linklər qeyd olunur:

https://www.facebook.com/pages/Council-of-Europe-Commissioner-for-Human-Rights/118705514972034?fref=nf ,

http://www.hrw.org/news/2015/06/24/armenia-police-violence-against-protesters-journalists

https://www.amnesty.org/en/latest/news/2015/06/armenia-investigate-alleged-police-abuses-after-protesters-doused-with-water-cannon-and-arrested/

http://en.rsf.org/armenia-targeted-violence-against-24-06-2015,48029.html

http://www.hrw.org/news/2015/06/24/armenia-police-violence-against-protesters-journalists

https://freedomhouse.org/article/armenia-uses-force-disperse-protests#.VYubQfntlHw