Nyu-Yorka istiqamət alan covğun 36 santimetr qar yağıntısına yol açmalıdır

  • Amerikanın səsi

Nyu-Yorka istiqamət alan covğun 36 santimetr qar yağıntısına yol açmalıdır

Amerikanın cənub-şərq ştatlarında covğun yolların donması, bütün uçuşların təxirə salınmasına səbəb olub. Nyu-Yorka istiqamət alan covğun 36 santimetr qar yağıntısına yol açmalıdır. Bazar və bazar ertəsi günləri 15 sm-lik qar yağıntısı ilə üzləşən Luiziana və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət elan edilib. Corciya ştatının Atlanta hava limanında 661 uçuş təxirə salınıb.