ABŞ prezidenti ikillik büdcəni təsdiq etdiyi üçün Konqresə təşəkkürünü bildirib

President Barack Obama speaks during an end-of-the year news conference at the White House, Dec. 20, 2013.

ABŞ prezidenti ikillik büdcəni təsdiq etdiyi üçün Konqresə təşəkkürünü bildirib. Həftəlik radio müraciəti zamanı Barak Obama Konqresin Amerika xalqı qarşısındakı borcunu yerinə yetirdiyini deyib.

Bundan əvvəl prezident Konqresi işsizlərin təzminat müddətinin uzaldılmamasına görə tənqid edib.

ABŞ dövlət başçısı bildirib ki, işsizlik sığortası müvəqqəti çətinliklərlin uzunmüddətli fəlakətlərlərə çevrilməməsinə xidmət edir.

Barak Obama radio müraciətini vətəni Havay adalarına yola düşməzdən əvvəl lentə alıb.

ABŞ-ın birinci ailəsi iki həftəlik bayram tətilindədir.