Barak Obama Apple və Google-un rəhbərləri ilə görüşüb

ABŞ prezidenti Barak Obama AppleGoogle da daxil olmaqla texnologiya nəhənglərinin icraçı direktorları ilə görüşüb. Görüş məhkəmnin Milli Təhlükəsizlik Agentliyinin milyonlarla amerikalının telefon danışıqlarını gizli şəkildə toplamasının qeyri-konstitusional olduğunu ehtmal etməsindən bir gün sonra baş tutub.

Ağ Ev sözçüsü Cey karni deyib ki, prezident və vitse-prezident bu gün hökumətin icazəsin addımlarının milli təhlükəsizlik və iqtisadi baxımdan təsirlərini müzakirə edib. Görüş zamanı son məhkəmə qərarının müzakirə olunub-olunmaması bəlli deyil.

Bir çox texnologiya şirkətləri prezidenti kəşfiyyat proqramlarını məhdudlaşdırmağa çağırıb. Onlar bu addımı şirkətlərin sistemləri vasitəsilə hökumətin daha ətraflı məlumat topladığını müəyyən edəndən sonra atıblar.