Prezident Obama Zika virusunun qarşısının təcili alınmasına çağırır

Birləşmiş Ştatlar prezidenti Barak Obama Cənubi və Şimalı Amerikanın 20-dən çox ölkəsində yayılan Zika virusunun qarşısının alınması üçün testlər, vaksinlər və müalicəni sürətləndirməyə çağırıb.

Ağ Evin bildirdiyinə görə, prezident Obama ağcaqanadın yaydığı vurusun regionda iqtisadiyyat və inkişafa təsirlərini müzakirə etmək üçün səviyyə məsələləri üzrə baş müşavirləri ilə görüş keçirib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir ki, Zika virusu Braziliyada 4000 insanın yoluxduğu mikrosefaliyadan qaynaqlanır və körpələrin anormal doğulmasına səbəb olur və eləcə də beyinin inkişafına təsir edir.

Birləşmiş Ştatalrın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri hamilə qadınlara Zika virusunun olduğu bölgələrə səyahət etməməyi məsləhət görüb.

ABŞ-ın Virciniya ştatındakı səhiyyə rəsmiləri bir nəfərdə virusun aşkar edildiyini, lakin ağcaqanaq mövsümü olmadığına görə xəstəliyin yayılması riskinin olmadığını bildirib.

Bu gün elkəcə də xəbər verilib ki, Danimarka xəstəxanasında Cənubi və Mərkəzi Amerikaya səyahət edən iki turistdə həmin virus aşkar edilib.