İsrail polisi tərəfindən öldürülən fələstinli dəfn edilib

İsrail polisi tərəfindən öldürülən fələstinli dəfn edilib. Hadisə Qüdsün şərq bögəsində polislə qarşıdurma zamanı baş verib.

Rəsmilər 20 yaşlı Məhəmməd Obeidin güllə ilə öldürüldüyünü bildirib.

Qüdsün İssaviya məhəlləsində İsrailin təhlükəsizlik qüvvələri ilə yerli sakinlər arasında 3 gecə atışmalar davam edib.

Obeidin dəfn mərasiminə 1000-dən çox adam qatılıb. Dəfn mərasimindən sonra polislə qarşıdurma olub. Sakinlər İssaviyada polis zorakılıqlarına etraz etdiklərini deyir.

Polis isə Obeidin zabitlərə fişənglə hücum etdiyini bildirib.