Dünyadan görüntülər

Yerli Ananqu əhalisinə aid uşaqlar Avstraliyanın Uluru-Kata Tjuta Milli Parkında insanların Uluru qayasına çıxmalarına tətbiq olunan daimi qadağa səbəbilə keçirilən mərasimdə kamera ilə oynayır. 

İngiltərədə 'Whitby Goth Weekend' festivalı zamanı insanlar St. Mary kilsəsinin qəbiristanlığında məzarların arasında kostyumlarda gəzir. 

Banqkokda ildırım çaxır.

Lük, Leia və Skayla adlı itlər Bostonun 7-ci illik Halovin Ev Heyvanı Paradı və Kostyum Yarışmasında iştirak edir. 

Britaniyada yük maşının içində tapılan 39 ölü insan biri olduğu güman edilən 30 yaşlı Le Van Hanın atası Le Minh Tuan Hanın oğlu ilə Vyetnmadakı evlərinin önündə. 

Meksikalı ailələr Meksika-ABŞ sərhədindən "Divar Yox, Qucaqlama" adlı tədbirdə iştirak edir. 

Şotlandiyada insanlar Qarri çayının üzərindəki körpüdə gəzir. 

Nepal polisi Tihar festivalı çərçivəsində polis itinin alnına kinovar tozu sürür. 

Londonda Riçmond Parkda ceyranlar döyüşür.

Katmanduda hinduların Tihar, yəni Divali işiqlar festivalı çərçivəsində evlərin önü işıqlarla bəzədilib.