Dünya fotolarda - 5 oktyabr, 2016

Metyu qasırğasının qayalar tökdürdüyü yolda qadın gəzir. Quantanamo əyaləti, Kuba.

İnsanlar Metyu qasırğasının daşqına məruz qoyduğu küçələrlə dolaşır. Port-au-Prince, Haiti.

Miqrantlar uşağı sudan çıxarır. Aralıq Dənizində, Liviya sahillərindən 20 kilometr şimalda onlar Proactiva Açıq Qucaq QHT-sinin onları xilas etməsini gözləyir.

Turistlər Niederhorn dağında gəzirlər. İnterlaken, İsveçrə.

Yağmurlu payız günündə maşın meşə yolunda şütüyür. Moskva, Rusiya.

Maniladan şimalda yerləşən Quezon şəhərində uşaqlar həbs olunan narkotika qaçaqmalçılarına (fotoya düşməyiblər) baxır.  Filippin prezidenti Rodriqo Dutertenin təşəbbüsü ilə "Narkomaniyaya Qarşı Müharibə" kampaniyası çərçivəsində keçirilən əməliyyatda iki nəfər öldürülmüş, 90 adam həbs olunmuşdur.

Matt Warshauer öz evi qarşısında Hallovin dekorasiyası sərhəd divarı və Donald Tramp, Hillari Klinton və Berni Sandersin fuqurlarını cizgiləndirir. Qərbi Hartford, Konnektikut, 4 oktyabr, 2016.

Model çinli dizayner Şiong Yingin yaradıcılığının məhsulunu Bahar/Yay 2017 kolleksiyasının sərgisində nümayiş etdirir. Paris, Fransa.

Hindistanın nəzarət etdiyi Kəşmirdə ənənəvi qayıqda oturmuş kişi balıq torunu çəkir. Dal Gölü, Srinaqar.

Nyu Yorkda bir ay vaxt keçirən ətraf-mühit fəalı Rob Greenfield bu müddət ərzində yaratdığı tullantıları "ziplok" torbasında öz üzərindən asıb. 4 oktyabr, 2016.