Sentyabrın 8-də Qaradağ Rayon Məhkəməsi hakim Rəşad Məmmədovun sədrliyi ilə keçmiş OMON-çular barəsində ömürülük həbs cəzasının 20 illik həbslə əvəz edilməsi barədə ərizəni icraata qəbul etməyib. Bu barədə vəkil Elçin Sadıqov bildirib.
Belə ki, ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov (keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri-OMON) barələrində təyin edilmiş ölüm cəzasının qanunsuz olaraq ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilməsi, onların barəsində ölüm hökmünün 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən bağışlanma ilə 20 ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi barədə ərizə ilə müraciət edib.
Vəkil məhkəmənin qərarını əsassız hesab edir və apellyasiya şikayəti verəcəyini bildirib.
Hər üç şəxs 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilib. Sonradan onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.