Pakistanın Bəlicistan vilayətində qatar relsdən çıxıb

Pakistanın Bəlicistan vilayətində qatarın relsdən çıxaması ilə 12 nəfər həlak olub. 300-dən artıq sərnişini daşıyan qatar dağlıq Bolan vilayətindən Rəvalpindiyə istiqamət almışdı.

50-dən çox insanın xəsarət almasına səbəb olan qəzaya rəsmilər əyləcdəki nasazlığın səbəb olduğunu bildirir.

Ölənlər arasında qatarın sürücüsü və onun iki yardımçısı var.

Pakistanın hərbi vertolyotları yaralıları yaxınlıqdakı xəstəxanalara çatdırıb.