Həkimlər 14 yaşlı Malala Yusifzainin vəziyyətinin vəziyyətinin sabit olduğunu bildirir
Pakistanın ən böyük şəhəri olan Kəraçidə on minlərlə insan talibançıların güllə ilə vurub ağır yaraladığı Malal Yusifzaiyinin müdafiəsinə yürüş keçirib.
Bu, oktyabrın 9-da Pakistanın şimal-qərb bölgəsində yerləşən Svat vadisində məktəbdən qayıdan 14 yaşlı yeniyetmə qızın güllə ilə vurulmasından sonra ölkədə ilk belə böyük nümayişdir.
Məktəbli qıza hücum Pakistanın özündə və ölkənin xaricində hiddətlə qarşılanmış və bir çox insanda hökumətin bundan sonra Taliban qrupu və onun tərəfdarlarına qarşı mübarizəni intensivləşdirəcəyinə dair ümidlərin artmasına gətirib çıxarmışdır.
14 yaşlı Malala Yusifzai Taliban qrupunun əleyhdarı, eyni zamanda qızlar və qadınların təhsil hüquqlarının müdafiəçisi kimi tanınır.
Taliban qızı Qərb tərəfdarı adlandıraraq, hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Pakistan polisi hücumla əlaqədar olaraq üç şübhəli şəxsi həbs edib.
Həkimlər Malala Yusifzainin vəziyyətinin sabitləşdiyini bildirirlər. Yeniyetmə qızın vəziyyətindən asılı olaraq, onun müalicəni davam etdirməsi üçün xarici ölkəyə aparılması planlaşdırılır.