Pakistan təhlükəsizlik qüvvələri yaraqlılara qarşı əməliyyat keçirib

Pakistanın şimalında Peşəvərdə Taliban qüvvələrinin hava limanına hücum etməsindən bir gün sonra ordu yaraqlılara qarşı əməliyyat keçirir

Rəsmilər təhlükəsizlik qüvvələrinin beş yaraqlının hava limanı yaxınlığında şənbə günü hücumdan sonra sığınacaq tapdığı binaya hücum etdiyini bildirib.

Təhlükəsizlik qüvvələri ilə atışma zamanı üç yaraqlı ölüb, iki yaraqlı isə intiharçı gödəkçələrinə yerləşdirilmiş partlayıcıları işə salıb.

Şənbə günü hava limanında hücuma görə məsuliyyəti Taliban öz üzərinə götürüb.