Paris hücumlarının şübhəlisi hakim qarşısına çıxarılıb

130 nəfərin ölümünə səbəb olan Paris terror hücumlarının təşkilatçı lideri Saleh Abdesalam Fransada qəsdən adam öldürmə, insan oğurluğu, bomba və öldürücü silahlardan istifadə etmə maddələri ilə ittiham olunur.

Çərşənbə günü hakim qarşısına çıxarılan mərakeşli Abdesalam may ayının 20-sinə qədər təcridxanada saxlanılacaq.

Abdesalamin noyabr ayının 13-də həyata keçirilən Paris hücumlarının planlaşdırılmasında əsas rol oynadığına inanılır.

İslam Dövləti qrupu Paris və Brussel hücumlarının məsuliyyətini öz üzərinə götürüb.