Parisin hər il 4 milyon insanın ziyarət etdiyi məzarlığı

Your browser doesn’t support HTML5

Cim Morrison, Edit Piaf, Oskar Uayld, Balzak, Ahmet Kaya kimi məşhur şəxslərin son mənzili olan Per Laşez məzarlığını hər il 4 milyon civarında insan ziyarət edir. Bu baxımdan Per Laşez dünyada ən çox ziyarət edilən nekropolisdir. 1804-cü ildə Napoleon Bonapartın təşəbbüsü ilə salınan məzarlıqda hazırda bir milyondan çox qəbir var.