Azərbaycan Pasxa bayramını qeyd edir [Fotoqalereya]

Azərbaycan Pasxa bayramını qeyd edir

Azərbaycanda yaşayan pravoslavlar "Pasxa"nı dini təriqətlərinə uyğun qeyd edirlər

Bu gün xristian dünyası Pasxa bayramını qeyd edir.

Katoliklər, lüteranlar və pravoslavlar hər il Pasxa bayramını müxtəlif tarixlərdə qeyd edirlər, çünki bayramların tarixinin hesablanması prinsipləri fərqlidir.

Nadir hallarda bütün xristianların bu bayramı eyni gündə qeyd etməsinə rast gəlinir. Bu il də bütün xristian dünyası - katoliklər, lüteranlar və pravoslavlar eyni gündə, aprelin 16-da bu dini bayramı qeyd edirlər.

Pasxa dini inanca görə, İsa peyğəmbərin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramıdır.

Azərbaycanda yaşayan pravoslavlar "Pasxa"nı dini təriqətlərinə uyğun qeyd edirlər.

Azərbaycan Pasxa bayramını qeyd edir