Pennsilvaniya ştatında silahlı qarşıdurma olub

Pennsilvaniya ştatında baş verən atışma nəticəsində 4 nəfər həlak olub, polis işçiləri yaralanıb.

Rəsmilərin bildirdiyinə görə, Frankstaun bələdiyyəsində baş vermiş hadisə zamanı hücumçu öldürülüb. Güllələnməzdən əvvəl o, ikisi kişini və biri qadını qətlə yetirib.

Hadisə Konnektikut ştatında 20 yaşlı Adam Lanzanın ibtidai məktəbdə 20 şagird və 6 məktəb işçisini qətlə yetirməsindən bir həftə sonraya təsadüf edir.