Misirdə həsb olunan avstraliyalı jurnalistin deportasiya yolları araşdırılır

Qrest və iki həmkarı Misirdə Müsəlman Qardaşlarına dəstək olmaqda ittiham olunurlar

Misirdə həbs olunan Avstraliyalı jurnalistin ailəsi bildirib ki, onun vəkilləri jurnalistin deportasiyası üçün Misir hökümətinə müraciət ediblər.

Dünən Misir məhkəməsi Əl-Cəzirə telekanalının jurnalisti Piter Qrest və onun iki həmkarı kanadalı-misirli Məhəmməd Fəhmi və misirli Bahir Məhəmmədin məhkəmə prosessinin yenidən keçirilməsinə qərar verib.

Bü gün Avstraliyada olan cənab Qrestin qardaşları bildiriblər ki, onlar Qrestin yeni sərəncam nəticəsində geri dönəcəklərinə ümid edirlər. Bu sərəncam Misir prezidenti Əbdel Fəttah əl-Sissiyə xarici cinayət şübhəlilərini deportasiya etmək səlahiyyətini verir.

Avstraliya xarici işlər naziri Culi Bişop cənab Qrestin deportasiya olunması üçün çalışdıqlarını bildirib.

Qahirədə keçiriləcək yeni məhkəmənin tarixi açıqlanmayıb.

Jurnalistlər 2013-cü ilin dekabr ayında işlədikləri Qahirə hotelinin otağında saxlanılıblar. İyul ayında məhkəmə onları qadağan edilən Müsəlman Qardaşlarına dəstək olmaqda ittiham edərək Qrest və Fəhmiyə 7 il, Məhəmmədə isə 10 il həbs cəzası verib.

Əl-Cəzirə mətbuat xidmətinin rəhbəri Misir rəsmilərini “bu ədalətsizliyi davam etdirmək və ölkənin imicinə zərər vurmaqdansa”, jurnalistləri azadlığa buraxmağa çağırıb.

Əl-Cəzirə şəbəkəsi üç jurnalistin Misirdə yalnız xəbər yayımladıqlarını və Müsəlman Qardaşları, yaxud keçmiş prezident Məhəmməd Mursiyə kömək etmədiklərini bildirir.