Polad Aslanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Your browser doesn’t support HTML5

Fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə dövlətə xəyanətdə ittiham olunan xeberman.com saytının redaktoru Polad Aslanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Növbəti məhkəmə prosesi fevralın 17-ə təyin olunub.

Redaktor Polad Aslanov iyunun 12-də saxlanılıb və CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs olunub. İstintaqı Dövlət Təhlükəsizlik Xidməti aparır. Oktyabrın 5-də onun həbs müddəti 4 ay uzadılıb.

Dekabrda ona CM-in 134-cü (ölümlə və ya ağır, bədən xəsarəti yetirməklə hədələmə) maddəsi ilə daha bir ittiham irəli sürülüb.

Polad Aslanov özünü təqsirli bilmir və güc qurumlarında korrupsiya haqqında tənqidi nəşrlərinə görə təqib olunduğunu bildirir. Həyat yoldaşının sözlərinə görə, bir sıra mətbuat nümayəndələri və fəallar Polad Aslanova qarşı "yalan ifadələr" veriblər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Polad Aslanova qarşı cinayət təqibini pisləyiblər.