Dünya liderləri Polşa prezidentinin ölümülə bağlı kədər hisslərini ifadə edirlər

Prezident Obama başsağlığı bildirmək üçün Polşanın Baş naziri Donald Taskla əlaqə saxladığını deyib

Dünya liderləri Polşa prezidenti Lex Kaçinskinin təyyarə qəzası nəticəsinə ölümülə bağlı kədər hisslərini ifadə edirlər.

ABŞ prezidenti Barak Obama hadisənin Polşa, Birləşmiş Ştatlar və dünya üçün ağır bir itki olduğunu deyib. Prezident Obama başsağlığı bildirmək üçün Polşanın Baş naziri Donald Taskla əlqə saxladığını deyib.

Britaniyanın Baş naziri Qordon Braun hadisəyə görə kədərini ifadə edib və deyib ki, bu xəbər bütün dünyanı sarsıdıb.

Fransa prezidenti Nikola Sarkozi cənab Kaçinskini demokratiya və azadlıq uğrunda yorulmaz mübariz adlandırıb və onun totalitarlıq əleyhinə mübarizədə öncül olduğunu bildirib.

Almaniya kansleri Angela Merkel Polşa prezidenti və təyyarədə olan vaşqa insanların ölümünə görə dərin kədərini ifadə etmişdir.

Gürcüstan prezidenti Mixail Saakaşvili cənab Kaçinskini yaxın dostu adlandıraraq, onun təkcə Polşa deyil, Gürcüstanda da qəhrəman olduğunu demişdir.