Missuri ştatında iğtişaşlar bir adamın ciddi şəkildə yaralanmasına səbəb olub

Missuri ştatının Ferquson şəhərindəki iğtişaşlar bir adamın ciddi şəkildə yaralanmasına səbəb olub. 7 nəfər nəzarət altına alınıb.

Polis kommendant saatına riayət etməyən insanlara qarşı gözyaşardıcı qaz və tüstü bombalarından istifadə edib.

İnsident 18 qaşlı qaradərili gəncin polis tərəfindən öldürülməmişdən əvvəl dükandan siqar oğurladığını açıqlamasında sonra yaşanıb.

Missuri qubernatoru ştatda fövqəadə vəziyyət və kommmendant saatı elan edib. Cey Nikson deyib ki, kommendant saatı insanları susdurmaq deyil, talançılığa son qoyulması məqsədi daşıyır.

Polisin açıqladığı video görüntülərdə 18 yaşlı Maykl Braunun avqustun 9-da dükanda insident yaratdığı nümayiş etdirilib. Məlumatda deyilir ki, Braun dükanda bir qutu siqar götürərək çıxıb. O, daha sonra hadisə yerinə gələn polis tərəfindən öldürülüb.

Hadisənin baş verdiyi Ferquson şəhərinin polis rəisi Tomas Cekson gənci öldürən polisin adının Darren Uilson olduğunu açıqlayıb.

Darren Uilson 6 ildir polisi zabiti kimi fəaliyyət göstərirmiş.

ABŞ-ın digər ştatlarında da nümayişlər keçirilib.

Prezident Obama polisə qarşı zorakılıqlara və bu faciədən sui-istifadə edərək talanşılığa əl atanlara bəraət qazandırıla bilməyəcəyini deyib.