Pompeo Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə cümə günü planlaşdırılan danışıqlar haqda açıqlama verib

ABŞ Dövlət katibi Mayk Pompeo çərşənbə günü Dövlət Departamentində jurnalistlər üçün brifinq zamanı Dağlıq Qarabağda vəziyyət və Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə cümə günü planlaşdırılan görüşlərdən gözləntilərlə bağlı açıqlamalar verib.

"Bölgədə vəziyyət mürəkkəbdir. Bu, mürəkkəb bir diplomatik vəziyyətdir. Və biz Avropanın əksər ölkələri kimi irəliyə doğru yolun münaqişəyə son qoymaqdan ibarət olduğuna inanırıq. Onlara gərginliyin azaldılmasının vacib olduğu, heç bir ölkənin müdaxilə etməməli, bu münaqişəni alovlandırmamalı olduğu, heç bir silah sistemi və dəstəyin olmamalı olduğu deyiləcək. Məhz bu nöqtədə hər kəs üçün məqbul olan diplomatik bir həll yolu əldə edilə bilər. Cümə günü onlarla danışacağım bunlardır. Mən səbirsizliklə onların bölgədə gördüklərini bölüşəcəyini və təkcə ABŞ-ın deyil, ölkələrin hər birinin maraqlarına uyğun olduğuna inandığımız məqama necə yaxınlaşa biləcəyimizi eşidəcəyimi gözləyirəm", Pompeo bildirib.

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan oktyabrın 23-də ABŞ Dövlət katibi Mayk Pompeonun iştirakı ilə danışıqlar aparmaq üçün Vaşinqtona səfər edəcək.