Ukrayna prezidenti rusiyapərəst separatistlərlə atəşkəs danışıqlarının vacibliyini önə çəkib.
Petro Poroşenko deyib ki, müzakirələr təcili atəşkəs əldə edilməsi və cəbhə xəttindən ağır silahların çıxarılması və sentyabr ayında əldə edilən atəşkəsin şərtlərinə əməl edilməsi məqsədi daşımalıdır.
Ukraynanın dövlət başçısı bunları ATƏT nümayəndəsi Heidi Taqliviani, Rusiyanın Kiyevdəki səfiri Mixail Zurabov və Ukraynanın sabiq prezidenti Leonid Kuçma ilə danışıqların növbəti raundundan sonra deyib.
Belarusun Xarici İşlər Nazirliyi təmas qrupuna istinadən bildirib ki, müzakirələr cümə günü Minskdə keçirilməlidir.
Rusiya mətbuatında Luqansk Xalq Respublikasının rəsmi bildiriş əldə edildiyi təqdirdə danışqılara qoşulacağını bildirib.
Bu diplomatik addımlar Ukraynanın şərqində döyüşlərin vüsət aldığı və çoxsaylı təlafat verildiyi bir vaxt atılır.
Ukraynanın ordu sözçüsü Andriy Lısenko son 24 saat ərzində 5 əsgərin həlak olduğunu, 29-nun yaralandığını bildirib.
Ukraynanın Unian xəbər agentliyinin məlumatında rəqib qüvvələrin Debaltseve şəhərinə hücumu nəticəsində biri uşaq olmaqla,üç adamın öldürüldüyü deyilir.
Avropa İttifaqının xarici işlər nazirləri Brüsseldə növbədənkənar toplantı keçirərək, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsini müzakirə edir.