Petro Poroşenko: 9000 rus əsgəri Ukrayna ərazisindədir

Ukrayna prezidenti 9000 rus əsgərinin Ukrayna ərazisində olduğunu bildirib.

Davosda Beynəlxalq İqtisadiyyat Forumunda çıxış edən Petro Poroşenko deyib ki, Rusiya 500 tank, ağır artilleriya və digər hərbi təchizatı Ukraynanın şərq bölgəsinə yerləşdirib.

O, Rusiyanı təcavüskarlıqda ittiham edərək, sərhədlərin bağlanmasına və Rusiyanın qüvvələrini ölkəsindən çıxarımağa çağırıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyevin iddialarını rədd edib.