Cənubi afrikalılar prezident Zumanın istefasından məmnundur

Your browser doesn’t support HTML5

Cənubi Afrika parlamenti tərəfindən vəzifəsindən uzaqlaşdırılması gözlənilən prezident Yakob Zuma çərşənbə günü istefa verib. Elə həmin gün ölkənin elit polisi prezidentlə biznes əlaqələri olan ailənin evində reyd keçirib. Bu reyd Yakob Zumanı 9 illik prezidentliyini sonlandırmağa məcbur edən təzyiq kampaniyasının bir parçası hesab edilir.