ABŞ mübahisəli həbsxananı Əfqanıstan hökumətinə təhvil verdi

ABŞ hökuməti bəzi məhbusların taleləri ilə əlaqədar narazılığa baxmayaraq mübahisəli həbsxanaya nəzarəti rəsmən əfqan hökumətinə təhvil verib. Baqram həbsxanasında 3000-dən çox məhbusa nəzarət bu gün keçirilən kiçik mərasimdə əfqan rəsmilərinə təvvil verilib.

Əfqanıstan prezidenti Həmid Karzay həbsxana və məhbuslara nəzarətin əfqan rəsmilərə ötürülməsini suverenlik uğrunda qələbə kimi qiymətləndirib.

ABŞ hərbi rəsmiləri bundan əvvəl əksər məhbusları əfqan rəsmilərinə təhvil verimişdi. Lakin rəsmilər məhbuslara nəzarətin ötürülmə prosesini əfqan hökumətinin mart ayında imzaladığı memorandumun şərtlərinə əməl etmək məramlarına dair narahatlığa görə dayandırmışdı.

Narahatlığın nədən ibarət olduğu dərhal aydın olmayıb. Lakin bu naharahatlıq şənbə günü prezident Karzayla NATO qüvvələrinin Əfqanıstandakı baş komandanı general Con Allen arasında görüşdən sonraya təsadüf edib.