Təhlilçilər Putinin hələ uzun illər Rusiyanı idarə edəcəyini təxmin edir

Your browser doesn’t support HTML5

Beynəlxalq müşahidəçilər deyir ki, Rusiya prezidenti Vladimir Putin rəqabətin qarşısını alaraq əlavə altı il müddətinə prezident seçilib. Bazar günü Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) bildirib ki, dövlət mediasının Putinin fəaliyyətini geniş işıqlandırması ona digər namizədlərlə müqayisədə üstünlük verib. Putin rəqiblərini böyük fərqlə geridə qoyaraq səsvermədə asanlıqla qalib gəlib. Təhlilçilər deyir ki, o, növbəti prezident seçkilərindən sonra da Kremldə hökmranlıq edəcək.