Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidəçiləri Təşkilatının dediyinə görə, Dəməşq yaxınlığındakı hərbi aeroporta edilən bomba hücumu 10 əsgərin ölümünə, 10-nun yaralanmasına səbəb olub. Təşkilat bugünkü hədəfin Mazzeh hərbi aeroportu olduğunu bildirib.
Hücum Rusiya prezidenti Vladimir Putinin qərb dövlətlərini Suriya üsyançılarını silahla təmin etməkdə ehtiyatlı olmağa çağırmasından bir gün sonraya təsadüf edir.
Bu arada, Rusiya BMT-nin Təhlükəsizlik Şurasında Suriya üzərində uçuşlara yasaq zona yaradılması təklifinə veto qoyub.
Cənab Putin bu xəbərdarlığı Şimalı İrlandiyada keçirilən Böyük 8-lərin sammitinə gedərkən edib. Britaniyanın baş naziri Devid Kameronla birlikdə keçirilən mətbuat konfransı zamanı cənab Putin videoya istinad edərək deyib ki, düşmənlərini öldürdükdən sonra orqanlarını çıxarıb yeyənlərə silah göndərmək nə dərəcədə məqsədəuyğundur?