Putin ümid edir ki, Avropa Amerikanın Nord Stream 2 qaz boru kəməri ilə bağlı təzyiqlərinə müqavimət göstərəcək

Your browser doesn’t support HTML5

Ötən çərşənbə günü Rusiya prezidenti Vladimir Putin Rusiya-Almaniya arasında inşa ediləcək təbii qaz boru kəmərininin iqtisadi baxımdan mümkün olduğunu söyləyib və Avropa İttifaqı ölkələrənin ABŞ-ın bu layihənin qarşısının alınması üçün onlara göstərdiyi təzyiqə müqavimət göstərəcəklərinə ümid etdiyini deyib.