Qahirədə bina çöküb: azı 5 nəfər ölüb

Misir rəsmiləri bildirir ki, şənbə günü paytaxtda yaşayış binasının çökməsinin nəticəsində azı beş nəfər həyatını itirib.

Reuters-ə danışan şahidlər çox sayda insanın hələ də Qahirədəki binanın dağıntıları altında qaldığını bilidirir.

Fövqəladə yardım işçiləri axtarış və xilasetmə səylərinə yardım edirlər.

Binanın çökməsinin səbəbi hələ ki, məlum deyil.