İran Qətərə ərzaq göndərib

“İranAir” şirkəti Dohaya 5 reyslə 450 ton ərzaq göndərib.

Al-Arabiy al-Jadeed-in məlumatına görə, İranın yük gəmiləri Qətərə 350 tona yaxın ərzaq məhsulları çatdırıb.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn və bir neçə ərəb ölkəsi iyunun 5-dən Qətərlə diplomatik əlaqələri dayandırıb.

Onlar rəsmi Dohanı terrorçuluğu himayə etməkdə günahlandırırlar.

Bu ölkələr həmiçin Qətəri nəqliyyat blokadasına alıblar.

Qədər ərzaq məhsullarına olan təlabatının demək olar ki, yarıdan çoxunu Səudiyyə Ərəbistanından alırdı.