Gürcüstandan Qırğızıstana gedən qatar Azərbaycanda yanıb

Qatarda yanğın

Yanğına güclü külək səbəb olub
Aprelin 3-də saat 04.20-də Azərbaycanın Ələt-Atbulaq məntəqələri (Bakıdan 70 kilometr qərb) arasında Gürcüstandan Qırğızıstana məişət avadanlıları (əsasən soyuducu) aparan yük qatarında yanğın baş verib. 4 vaqon yanıb. Bu barədə Amerikanın Səsinə Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibliyinin rəhbəri Nadir Məmmədov bildirib.

Onun sözlərinə görə yanğına güclü külək səbəb olub. Belə ki. külək vaqonun dam örtüyünü qopararaq naqillərə çırpıb və qısa qapanma nəticəsində yanğın başlayıb. Yanğın söndürənlər yanğının digər vaqonlara keçməsinin qarşısını alıb. Ölən və xəsarət alan olmayıb.

Hazırda dəmir yolunda hərəkət tam bərpa olunub.

Vaqonlar Gürcüstan dəmir yoluna məxsusdur. Bu gün Gürcüstandan nümayəndələr gələcək və araşdırma aparılacaq.