Oktyabrın 28-də Azərbaycanda yay vaxtı ləğv ediləcək

Qış vaxtı

Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bildirib
Oktyabrın 28-də saat 5.00-da saat əqrəbləri 1 saat geri çəkilməklə ölkə ərazisində yay vaxtı ləğv ediləcək.

Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatında bildirilir. Yay vaxtının ləğvi Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarına əsasən həyata keçirilir.