Sonuncu üsyançı qrup Qutanı tərk edir

Dəməşq yaxınlığındakı şərqi Qutadan sonuncu üsyançı qrup da çıxmaqdadır. Dövlət mediasının məlumatına görə, bu, hökumətlə razılaşma çərçivəsində gerçəkləşdirilir.

Dövlət televiziyası bildirir ki, aprelin 2-də 448 nəfərin olduğu avtobuslar Qutanın əsas şəhəri olan Dumadan çıxıb. Avtobusda Ceyş Əl-İslam (İslam Ordusu) qruplaşmasının yaraqlıları və ailə üzvləri də olub.

Britaniyada mənzillənən Suriya İnsan haqları Təşkilatı bildirib ki, bu gün səhər onlarla avtobus Dumaya daxil olub. Onlar Türkiyə-Suriya sərhədi yaxınlığındakı ərazilərə yaxın üsyançıları daşımağa gəliblər.

Dumaya Rusiyanın dəstəklədiyi hökumət hücumuna qarşı müqavimət göstərən Ceyş Əl-İslam qruplaşması hökumətlə razılaşmanı, hələlik, təsdiqləməyib.

Suriya ordusundakı mənbənin bildirməsinə görə, döyüşçülərdən bəziləri sövdələşməni rədd edib.