Qəzvin - Rəşt - Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu layihəsi müzakirə ediləcək

Dəmir yolu xətti

Noyabrın 17-18-də Qəzvin - Rəşt - Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu layihəsi üzrə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində yaradılmış Yüksək səviyyəli İşçi Qrupunun iclası keçiriləcək. Sayca ikinci olan iclas İranın Rəşt şəhərində təşkil edilib. Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İclasda Azərbaycan Nəqliyyat Nazirliyi də təmsil olunacaq.