İraqda parlament seçkilərinin nəticələri elan edildi

Ali Məhkəmə keçmiş baş nazir Əyad Ələvi tərəfindən idarə edilən dünyəvi koalisiyanın ən çox səs topladığını rəsmi elan edib.

İraqın Ali Məhkəməsi mart ayında keçirilən parlament seçkilərinin nəticələrini təsdiqləyib. Ali Məhkəmə keçmiş baş nazir Əyad Ələvi tərəfindən idarə edilən dünyəvi koalisiyanın ən çox səs topladığını rəsmi elan edib. Bu, yeni hökumətin qurulması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Martın 7-i keçirilən seçkilər zamanı heç bir siyasi qrup çoxluq əldə etmək üçün 163 yeri əldə edə bilməyib. Cənab Ələvinin koalisiyası baş nazir Nuri əl-Məlikinin başçılıq etdiyi şiələrdən ibarət qrupdan cəmi 2 artıq yer alaraq 91 yerlə üstünlük qazanmışdır.

Cənab Məliki 3-cü yeri tutan İraq Milli Alyansına müraciət edərək hökuməti özünün idarə etməli olduğuna təkid edib. Keçən çərşənbə axşamı Ərəb Liqası İraq siyasətçilərinə ölkədə tezliklə yeni hökumətin qurulmasına dair xəbərdarlıq edib. ABŞ qüvvələrini İraqdan gələn ilin sonuna qədər çıxarmağa hazırlaşdığı bir şəraitdə İraqın təhlükəsizliyi ilə bağlı narahatlıqlar mövcuddur.