ABŞ-ın dəstəklədiyi qüvvələr Raqqa uğrunda əməliyyata başladı

ABŞ-ın himayə etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) bazar günü İŞİD paytaxtı Raqqa uğrunda hərbi əməliyyatları bərpa etdiklərini xəbər veriblər.

Kürdlərin əsas hissəsini təşkil etdikləri SDQ Raqqanı İŞİD-in başqa istehkamı Deir əs-Zur qəsəbəsindən təcrid etmək niyyətindədir. Qrupun açıqladığı bəyanata əsasən məqsəd Raqqaya gedən yolda Fərat çayı sahili boyunca daha çox ərazilərə nəzarəti ələ keçirməkdir.

“Ötən həftə ərzində biz qüvvələrimizi cəmləşdirərək onları yüksək döyüş qabiliyyəti səviyyəsinə gətirmişik,” SDQ bəyan edib.

Ötən həftə ərzində biz qüvvələrimizi cəmləşdirərək onları yüksək döyüş qabiliyyəti səviyyəsinə gətirmişik.

İŞİD militantları ilə şiddətli döyüşlərin ardınca ABŞ-ın dəstəklədiyi qüvvələr Deir əs-Zur vilayətində azı 7 kəndi azad edib. Yerli komandir bu barədə Amerikanın Səsinə məlumat verib.

“Deir əs-Zurda İŞİD-ə qarşı irəliləyişimiz sürətlidir və bu həftə biz əlavə əraziləri azad edəcəyəmizi güman edirik,” komandir əlavə edib.

Komandir bildirib ki, hücum qabiliyyətini itirmiş İŞİD bütün cəbhə boyu geri çəkilməkdə və torpaq itirməkdədir.

Suriya Demokratik Qüvvələri öz irəliləyişini ABŞ hava qüvvələrinin səmadan yardımı əsasında həyata keçirir. Raqqanı təcrid etməyə çalışan yerdəki komadnirlər öz hücumlarını ABŞ-ım rəhbərlik etdiyi koalisiya ilə koordinasiya edir.