Rasim Musabəyov: Sankt-Peterburq görüşü sülh və ya müharibənin olacağının göstəricisidir [Audio-müsahibə]

Rasim Musabəyov

Milli Məclisin deputatı Sankt-Peterburq görüşü barədə Amerikanın Səsinə müsahibə verib

“Sankt-Peterburq danışıqları əsas suala cavab verməlidir. Bizi yaxın zamanda nə gözləyir: sülh, yoxsa müharibə”. Bu barədə Milli Məclisin deputatı Rasim Musabəyov Amerikanın Səsinə müsahibəsində bildirib.

Onun fikrincə, danışıqlar çox mürəkkəb olacaq.

Your browser doesn’t support HTML5

Milli Məclisin deputatı Rasim Musabəyovun Amerikanın Səsinə müsahibəsi

“Danışıqlarla bağlı optimist olmaq üçün elə də əsaslar yoxdur. Sadəcə olaraq Ermənistanın yanaşmasını görsək, anlamaq mümkündür ki, onlar torpaq iddiasından əl çəkməyiblər. Azərbaycan da ermənilərə bir qarış belə, torpaq verəsi deyil”.

Musabəyov xatırladıb ki, danışıqlar başlayan zaman Azərbaycan çöx böyük miqyaslı hərbi təlimlər keçirir.

“Nə Azərbaycan, nə də Ermənistan təmas xəttinə gətirdiyi əlavə qüvvələrini geri çəkməyib. Əslində, bu, vəziyyətin gərgin olmasının göstəricisidir. Sankt-Peterburq görüşü sülh və böyük toqquşmaların olacağının göstəricisidir”, o qeyd edib.

İyunun 20-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüş keçirəcək.