Amerikanın Azərbaycandakı səfiri Əfqanıstan, Dağlıq Qarabağ münaqişəsi, Ukrayna və enerji məsələlərindən danışıb
Amerika Birləşmiş Ştatları Əfqanıstanın müharibədən sonrakı inkişafı üzrə Azərbaycanın öhdəliyini xüsusilə yüksək qiymətləndirir. Trend agentliyinin məlumatına görə, bunu aprelin 23-də jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.
Səfir deyib: "Biz hər bir addımı və Azərbaycanın Əfqanıstan məsələsində göstərdiyi hər cür yardımı yüksək qiymətləndiririk. Mən belə köməyə misal olaraq bu ölkədə xidmət edən azərbaycanlı hərbçiləri göstərə bilərəm. Eyni zamanda, Azərbaycanın ərzaq və digər yüklərin nəqli baxımından oynadığı böyük tranzit rolu qeyd etmək istəyirəm".
"Hesab edirəm ki, beynəlxalq əməkdaşlıq Əfqanıstandan qoşunların çıxarılmasından sonra da davam edəcək", o qeyd edib.
Hazırda Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində həyata keçirilən əməliyyatlarda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərlik hərbi kontingenti iştirak edir.
Səfir Amerika Birləşmiş Ştatlarının Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşünün yaxın gələcəkdə keçiriləcəyinə ümid etdiyini bildirib. "Bu görüş həm rəsmi, həm də qeyri-rəsmi şəkildə keçirilə bilər", o qeyd edib.
R.Morninqstar deyib ki, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi davam edən danışıqlar prosesində aktivdir. "Hesab edirəm ki, münaqişənin həll edilməsi naminə konkret addımların müzakirəsi üçün Azərbaycan və Ermənistan prezidentlərinin müntəzəm görüşü çox vacibdir".
APA agentliyi isə bildirir ki, Amerika səfiri Ukraynada baş verənlər Dağlıq Qarabağ münaqişəsinin artıq birdəfəlik həllini tələb etdiyini də diqqətə çatdırıb.
“Krım hadisələri Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllini zəruri edir. Dağlıq Qarabağ münaqişəsi Qafqaz bölgəsində qeyri-sabitlik mənbəyidir. Bu, bir ocaqdır. Münaqişəsinin həlli bütün region üçün faydalıdır”, Morninqstar vurğulayıb.
O həmçinin bildirib ki, ABŞ-dan Avropaya maye qazın nəqli Azərbaycan qazının Avropa bazarlarına ixracına heç bir təsir göstərməyəcək. "Biz Avropaya ABŞ-dan maye qazın çatdırılması məsələsini fikirləşirik ki, bu da Azərbaycandan qaz ixracatına heç bir təsir göstərməyəcək".
Səfirin sözlərinə görə, müxtəlif mənbələrdən Avropaya qaz nəqlinin şaxələndirilməsi onun "mavi yanacaq"la təchiz olunmasının etibarlılığını təmin edir.