Braziliya Karnavala hazırlaşır [Video]

Your browser doesn’t support HTML5

Braziliya illik Karnaval mərasimlərinə hazırlaşır. Ağcaqanadların Zika virusunu sürətlə yaydığına görə, rəsmilər karnavalın keçiriləcəyi Sambadrom stadionunu dərmanlamaq qərarına gəlib. Xəstəlik qorxusuna baxmayaraq, həddən artıq yüngül geyinmiş rəqqasələr son məşqlərini edir.

Hər il yüz minlərlə insan Karnavala qatılmaq üçün Braziliyanın ən böyük şəhərlərindən biri olan Rio De-Janeyroya gəlir. Lakin bu il festival Zika virusunun yayıldığı vaxta təsadüf edir. Virus əsasən uşaqkarlb anormal şəkildə çox kiçik başla doğuşuna və eləcə də başqa ciddi qüsurlara səbəb olur.

Braziliyanın Səhiyyə Nazirliyi insanları Zika virusu haqda məlumatlandıran vərəqələr paylayır və məsləhətlər verir.

Bu arada isə festivalda ifa ediləcək rəqslər məşq edilir. İfaçılar və musiqiçilər Karnavalda nümayiş etdirəcəkləri Samba rəqsi üzərində işləyir.

Lakin Karnaval təkcə gur musiqi sədaları, rəngarəng kostyumlar və enerjili rəqslər deyil. Burada Rionun əsasən kasıb məhəllələrinin Samba məktəbləri arasında rəqabət də hökm sürür.

Karnaval rəqslərinin məşqləri davam etdiyi bir vaxt, Rioda bu il daha bir böyük tədbir keçiriləcək. “Bu il Yay Olimpiya Oyunlarına Rio De-Janeyro ev sahibliyi edəcək. Bu, son dərəcə əhəmiyyətli hadisədir və biz, riolular buraya gələn hər kəsin qəlbində bir xoş iz buraxacağıq" deyə, "Karnaval Kinq"in nümayəndəsi Vilson Dias Neto bildirir.

Rio Karnavalı isə 5 gün, xristianların müqəddəs "Kül çərşənbəsi"nə qədər davam edəcək.