Robert Muqabe xalqı zorakılıqdan çəkinməyə çağırıb

  • Amerikanın səsi

Robert Muqabe xalqı zorakılıqdan çəkinməyə çağırıb

Zimbabve prezidenti Robert Muqabe təqaüdə çıxmış generalın dəfn mərasimində izdihamı zorakılıqdan çəkinməyə çağırıb.

Cənab Muqabe General Solomon Mucurunun Hararedə keçirilən dəfnində bir saat çıxış edib.

Ölkənin siyasi liderlərindən olan Mucuru evində baş verən yanğın zamanı həlak olub. Onun cəsədi büsbütün yanıb.

Təhlilçilər Mucurunun ölümündən sonra prezident Muqabenin rəhbəri olduğu ZANU-PF partiyasında daxili çəkişmələrin güclənəcəyini proqnozlaşdırır.