Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və səfirliyin nümayəndələri Milli Məclisə seçkilər üzrə seçki məntəqələrinə baş çəkəcək. Bu barədə Amerikanın Səsinin sorğusuna ABŞ səfirliyindən bildiriblər.
Bununla yanaşı, səfirlik ümumi təhlükəsizlik məsələləri ilə bağlı səfirin hansı seçki məntəqələrinə və nə vaxt baş çəkəcəyi barədə məlumat verməyib.
Noyabrın 1-də Azərbaycanda Milli Məclisə seçkilər keçirilir.