Rusiya 10 piratı azad etdiyini bildirib

Rusiya 10 piratı azad etdiyini bildirib

Piratlar dünən Rusiyaya məxsus neft tankerini oğurlayandan sonra ələ keçirilmişdilər

Dünən Rusiyaya məxsus neft tankerini oğurlayan və sonradan Rusiya hərbi qüvvələri tərəfindən ələ keçirilən 10 piratın azad edildiyi bildirilir. Rusiya rəsmiləri qanun qarşısında cavab vermələri üçün Moskvaya gətiriləcəkləri nəzərdə tutulan həmin 10 nəfərin somalili olduğunu guman edirlər. Lakin bu gün Rusiyanın Müdafə Nazirliyi ortada beynəlxalq qanunlara zidd müddəalar olduğundan olduğunu deyərək, həmin şəxslərin azad edildiyini bəyan edib. Somali piratlarını ələ keçirən müxtəlif ölkələr yurisdiksiya və səhih hüquqi prosedurlarla bağlı meydana çıxan suallar üzündən adətən onları azad edirlər.