Boliviya prezidenti Evo Morales La Paz şəhərində yerləşən ABŞ səfirliyini bağlamaqla təhdid edib. Cənubi Amerika ölkələrinin liderləri Bolivyada toplaşaraq təyyarəsi Avropada məcburi olaraq endirilən cənab Moralesə dəstək nümayişi göstərib. İnsidentə ABŞ kəşfiyyat agentliyinin kontraktoru Eduard Snoudenin prezidentlə birlikdə təyyarədə olduğu güman edilməsi səbəb olub.
Argentina, Ekvador, Surinam, Uruqvay və Venesuela prezidentləri Bolivyanın Koçabamba şəhərində cənab Moraleslə görüşüb. Prezidentlər Fransa, İtaliya, Portuqalya və İspanyadan Boliviya liderinin təyyarəsinin onların hava sahəsindən uçuşuna icazə vermədiklərinə görə üzr istəmələrini tələb edib.
Prezident Morales Vaşinqtonu Avropa ölkələrinə təziq göstərərək hava hüdudlarını bağlamaqda təqsirləndirib. Onun təyyarəsi Avstriyanın Viyana şəhərinə enməyə məcbur edilib. O, bunu beynəlxalq hüquq qanunlarını pozmaq kimi dəyərləndirib. Rəsmilər Snoudenin təyyarədə olmadığından əmin olduqdan sonra onun uçuşuna icazə verilib.
Boliviya lideri görüşlər üçün Rusiyada səfərdə olduğu vaxt Snoudenə siyasi sığınacaq vermək haqda düşündüyünü deyib.
Blumberq (Bloomberg) xəbər agentliyinin məlumatına görə Cənub Amerika presidentləri iyulun 12-də Uruquayda bu məsələni yenidən müzakirəsi üçün görüş təyin ediblər.
Snoudenin Moskva hava limanının transit zonasında olduğu güman edilir. O, 10-dan çox ölkəyə siyasi sığınacaq üçün müraciət edib.