Rusiya təyyarəsi Amerikanın kəşfiyyat təyyarəsinə 6 metrədək yaxınlaşıb

ABŞ Hərbi Dəniz Donanmasının bildirdiyinə görə, Rusiya təyyarəsi Qara dəniz üzərində Amerikanın kəşfiyyat təyyarəsinə 6 metrədək yaxınlaşıb. Eyni zamanda donanma rus pilotonun peşəkarlığını da vurğulayıb.

Rusiya təyyarəsi Amerikanın P-8A Poseidon təyyarəsini salamlamaq üçün beynəlxalq hava məkanına qalxıb. Rusiyanın Müdafiə Nazirliyi ABŞ təyyarəsinin Rusiya ərazisinə olduqca yaxın uçduğunu bildirib.

Rus pilotu Amerikanın kəşfiyyat təyyarəsinin müəyyən edilməsi üçün yaxınlaşsa da, təhlükəsiz məsafədə olub.

ABŞ Hərbi Dəniz Donanmasının sözçüsü Pamela Kunze bəyanatla çıxış edərək, təyyarələrin yaxınlığının əhəmiyyətini azaldaraq uçusun təhlükəsiz və peşəkarlıqla həyata keçirildiyini bildirib. O, ABŞ təyyarəsinin istiqamətini dəyişdiyini, Rusiya təyyarəsinin isə bazaya qaytdığını deyib.

Kunze Amerika pilotlarının rusiyalı həmkarları ilə beynəlxalq sular üzərində təmaslarının daimi əsasda həyata keçirildiyini deyib.