Rusiyanın Maliyyə naziri Aleksey Kudrin prezidenti Dmitri Medvedevlə gələn il seçkilərdə baş nazir və prezidentin yerlərini dəyişməsilə məsələsi ilə bağlı yaranmış münaqişədən sonra istefa verib. Prezidentin sözçüsünün verdiyi məlumata görə, cənab Medvedev Kudrinin istefa sərəncamını bu gün imzalayıb.
Bundan öncə Rusiya prezidenti Kudrinin hökumətin iqtisadi siyasətini tənqid etməsindən və Dmitri Medvedev baş nazir vəzifəsinə keçsə yeni hökumətlə işləməyəcəyini deməsindən sonra onun istefasını tələb etmişdi. Cənab Medvedev Aleksey Kudrinin açıqlamalarını yersiz adlandıraraq deyib ki, hökumətin siyasəti ilə razılaşmırsa, onun vəzifədən getməkdən başqa yolu yoxdur.
Prezidentlə başlıca məsələlərdə fikir ayrılıqları olduğunu deyən Aleksey Kudrin isə baş nazir Vladimir Putinlə görüşdükdən sonra qərar verəcəyini bildirmişdi.
Kudrin 2000-ci il Rusiyanın maliyyə naziri olmuşdu. 2008-ci ildə Rusiyann qlobal maliyyə böhranından çıxa bilməsində onun rolu xüsusi qeyd edilir.