Rusiya rəsmiləri müxalifət liderini seçkilərdə qeydiyyata almadılar

  • Amerikanın səsi

Rusiya baş naziri Vladimir Putinin siyasi rəqibləri seçkilərə buraxılmır

Rusiya rəsmiləri liberal müxalifət lideri Qriqori Yavlinskinin prezidentliyə namizədilyini irəli sürməsinin qarşısını alıblar. Baş nazir Vladimir Putinə seçkilərdə rəqib olmaq istəyən Yavlinskiyə deyilib ki, onun qeydiyyat sənədlərində problem var.

Mərkəzi Seçki Komissiyası Yavlinksinin namizədliyini dəstəkləyən imzaların 25 faizini qəbul edə bilməyəcəyini bildirib, çünki onlar etibarsızdır.

Bu addım Putinin martda keçiriləcək prezident seçkilərində qələbə çalmaq şanslarını artırır.

Bazar ertəsi Yavlsinki onun namizədlikdən kənarlaşdırılmasına dair seçki komissiyasının xəbərdarlığına sərt etiraz etmişdi. Liberal siyasətçi demişdi ki, onun namizədliyi qeydə alınmadığı təqdirdə bütün Rusiya boyu şəhərlərdə minlərlə adam küçələrə çıxaraq siyasi islahatlar və ədalətli seçki tələb edəcək.

59 yaşlı iqtisadçı cənab Putinə seçkilərdə rəqib olmaq üçün iki milyon imza toplamalıdır. Bu imzalar ona görə tələb olunur ki, Yavlinksinin rəhbərlik etdiyi Yabloko partiyası dekabrda keçirilən seçkilərdə parlamentə yer qazanmayıb.